Kremldən Rusiyanın "taxıl dəhlizi" sazişindən çıxması ilə bağlı AÇIQLAMA

Kremldən Rusiyanın

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın Rusiyanın "taxıl dəhlizi" sazişindən çıxmasına reaksiyasından sonra Kremldən açıqlama gəlib.

 

Sfera.az bildirir ki, taxıl  müqaviləsinin dayandırılmasının səbəbini açıqlayan Kreml verdiyi yazılı bəyanatda "Ukraynanın addımları taxıl müqaviləsinə ziyan vurdu. Razılaşma risklidir və zəmanət verilmir", deyə qeyd edib.

 

Digər tərəfdən taxıl dəhlizi ilə bağlı son hadisələrdən sonra Milli Müdafiə naziri Hulusi Akarın bu axşam Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə telefonla görüşəcəyi vurğulanıb.

 

Xatırladaq ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ukrayna taxıl ixracı sazişində iştirakın dayandırıldığını elan edib. Agentlik buna səbəb kimi Ukraynanın həmin gün “Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə” Qara dəniz donanmasının gəmilərinə və “taxıl dəhlizi”nin təhlükəsizliyinin təmin edilməsində iştirak edən mülki gəmilərə qarşı həyata keçirdiyi əməliyyatı göstərib.

 

Müqavilə iyulun 22-də Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna tərəfindən imzalanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...