Xristianların “Halloween” bayramının uşaqlar üçün hansı fəsadları var? - AÇIQLAMA

Xristianların “Halloween” bayramının uşaqlar üçün hansı fəsadları var? - AÇIQLAMA

Hər il olduğu kimi bir neçə gündür, ölkəmizdə də “Halloween” adlı bayram qeyd olunur. Xüsusilə uşaqların, yeniyetmələrin buna marağının olduğu müşahidə edilir. Cəmiyyətdə bizim adətlərə uyğun olmayan bu bayramla bağlı fikirlər isə birmənalıdır. Özəlliklə, qorxu, şiddət formalı görüntülərin insanların psixologiyasına təsiri qınanılır.

 

Bəs bu cür bayramlar, belə ənənələrin formalaşması uşaqların, yeniyetmələrin psixologiyasına hansı mənfi təsirlər göstərə bilər?

 

Bununla bağlı Sfera.az-a danışan psixoloq Rövşən Nəcəfov deyib ki, adrenalin yaradacaq əyləncələr hər zaman uşaqlar və yeniyetmələr üçün diqqət çəkir:

 

“İnsan psixologiyası fərqliliklərə meyillidir. “Halloween” bayramının əsas mahiyyəti qorxunu əyləncəyə çevirməkdir. Bayramın mahiyyətindən kənara çıxanda yanaşma da öz formasını dəyişir.  “Halloween” bayramına əyləncə kimi baxmalıyıq. Əyləncə kimi baxmalı olduğumuz hadisələrə mənfi emosiyalar yükləyirik. İnsanlar qorxularına əylənərək həyəcan verməlidirlər”.

 

Müsahibimiz düşünür ki, istənilən günün və bayramın mahiyyətini dərk etsək, ona uyğun da davranmış olacağıq:

 

“Uşaqları və yeniyetmələri dünyada olan müxtəlifliklərlə bağlı maarifləndirmək lazımdır. Uşaqlar və yeniyetmələr qorxaraq həyəcan yaşamamalıdırlar, onların həyəcanları əyləncələrinə bağlı olmalıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...