“Noyabrın ortalarından dekabrın əvvəlinə qədər...” – COVID-19 dalğası geri qayıdır?

“Noyabrın ortalarından dekabrın əvvəlinə qədər...” – COVID-19 dalğası geri qayıdır?

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) son bəyanatı koronavirusla bağlı panikaya səbəb olub. Qurum bir neçə gün bundan əvvəl qeyd edib ki, noyabrın ortalarından dekabrın əvvəlinə qədər bir sıra ölkələrdə COVID-19-un “Omicron” variantının BQ.1 növü dominant ştam olacaq.

 

İlkin laboratoriya tədqiqatları BQ.1 ştamının immun sisteminin reaksiyasından əhəmiyyətli dərəcədə yayınma qabiliyyətinə malik olduğunu göstərib. Digər tərəfdən, amerikalı alimlərin laborator şəraitində koronavirusun çox aqressiv bir mutant ştamını yaratması da əsas müzakirə mövzularından biridir. 

 

Maraqlıdır, koronavirusa yoluxma halları yenidən kəskin şəkildə arta bilərmi? Laboratoriyada yaradılan ştamın insanlıq üçün hansısa qorxusu varmı?

 

Mövzu ilə əlaqəli Sfera.az-a açıqlama verən infeksionist Nicat Əzimli deyib ki, Boston Universitetinin tədqiqat məqsədilə yaratdığı hibrid SARS-CoV2 virusunun insanlar üzərində 80% öldürücülüyü yoxdur:

 

“Bu, laboratoriya siçanları ilə bağlı göstəricidir. Belə ki, universitet bu tədqiqatla “Omikron” variantının törətdiyi xəstəlikdəki yüngülləşmənin səbəbini aydınlaşdırmağa çalışıb. Bu məqsədlə 3 ayrı qrup laboratoriya siçanından birinci qrupa ilkin “Vuhan” variantı, ikinciyə “Omikron” variantı, 3-cü qrupa isə “Omikron” və “Vuhan” variantının hibridi olan yeni tədqiqat variantı yoluxdurulub. Nəticədə “Vuhan” variantı ilə yoluxdurulan siçanların 100%-i, hibridlə yoluxanların 80%-i ölüb. “Omikron”la yoluxdurulan siçan qrupunda isə ölüm baş verməyib. Tədqiqatla bağlı bura qədərki nəticə haqda ön açıqlama verən universitet sosial mediada yanlış anlaşılıb”.

 

Müsahibimiz  “Omikron” variantının hazırda dünyada yayılmaqda olan BQ.1 subvariantından da söz açıb:

 

“Bunun immunitetdən yayınma xüsusiyyətinin olması ən çox narahatlıq doğuran xüsusiyyətidir. Buna görə də qarşıdakı həftələri nəzərə alaraq xüsusilə risk qrupuna daxil olan şəxslərin revaksinasiya olunmasında fayda var. Çünki xəstəlik hər nə qədər bir çox insanda yüngül gedişatlı olsa da, bu şəxslərdə ağır xəstəlik hallarına hələ də şahid oluruq”.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...