Ermənistan-Azərbaycan sərhədinə Aİ-nin mülki missiyası gəlir – Nə dəyişəcək?

Ermənistan-Azərbaycan sərhədinə Aİ-nin mülki missiyası gəlir – Nə dəyişəcək?

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlər Şurası Ermənistan-Azərbaycan sərhədinə mülki missiyanın göndərilməsini təsdiqləyib. Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın Aİ-nin monitorinq eksperti yerləşdiriləcək. Monitorinq ekspertlərinin müvəqqəti olaraq Gürcüstandakı Avropa İttifaqının Monitorinq Missiyasından (EUMM Georgia) göndərilməsi qərara alınıb. Qeyd olunub ki, monitorinq missiyası müvəqqəti xarakter daşıyacaq və prinsipcə iki aydan çox olmayacaq.

 

Maraqlıdır, 40-a yaxın avropalı ekspertin sərhədə yerləşdirilməsi effektli olacaqmı?  Rusiya bu prosesə müdaxilə edə bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Avropa İttifaqı son dövrlər Azərbaycan-Ermənistan arasında münaqişənin tənzimlənməsi və sülh prosesinə gedən yolda addım atmağa səy göstərir:

 

“Bu, Avropa İttifaqının tam şəkildə həll edə biləcəyi məsələ də deyil. Çünki Ermənistan üzərində bir yox, bir neçə güclərin geosiyasi və geostrateji mübarizəsi gedir. Nəzərə almalıyıq ki, Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında 4 dəfə Brüssel görüşü keçirilib, eyni zamanda Praqada görüş baş tutub. Bu görüşlərin hər birində əsas diqqətdə olan məsələ tərəflər arasında sülhün əldə edilməsi olub. Avropa İttifaqının bu gün bölgəyə Ermənistan tərəfdən 40 ayrı məntəqədə monitorinq keçirməsi üçün müşahidəçi göndərməsi ondan xəbər verir ki, müəyyən cəhdlər var. Lakin məsələ ondan ibarətdir ki, Avropanın hər cəhdindən sonra Rusiya bu və ya digər formada əldə edilmiş razılaşmaların pozulmasına, prosesin sıradan çıxarılmasına çalışır. Rusiya əlbəttə, Avropa İttifaqının vasitəçiliyi ilə sülhün əldə edilməsinin tərəfdarı deyil”.

 

Müsahibimiz bildirib ki,  Rusiya münaqişənin tam şəkildə nizamlanmasını istəmir:

 

“Rusiya bütün mümkün vasitələrdən istifadə edərək monitorinq missiyanın fəaliyyətinə də maneələr yaradacaq. Əraziyə  göndərilən humanitar missiya ciddi nəticə əldə edə bilməyəcək. Amma tərəflər arasında sülh danışıqları prosesinin Brüsselin vasitəçiliyi ilə  davam etdirilməsi ehtimalı daha çoxdur. Digər tərəfdən, Fransa prezidenti Emmanuel Makronun son dövrlər Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər də əlavə edildikdə, demək olar ki, Avropa İttifaqının özünə qarşı da şübhələr yaranır. Bu baxımdan nə Rusiya Avropa İttifaqının bölgəyə daha rahat nüfuz etməsinə imkan verəcək, nə də ki, Fransanın bu cür mövqeyindən sonra ədalətli və qərəzsiz yanaşma ortaya qoyulacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...

Növbəti 3 ay üçün əhaliyə XƏBƏRDARLIQ

Yay gəldi və təbiət öz rəngarəngliyi, günəşli günləri ilə bizi enerji ilə doldurmağa başladı! Lakin bu isti mövsüm təkcə dincəlmək, səyahət etmək üçün deyil, ey...