“Cəmiyyət olaraq hələ də cinsi mövzulara acıq” - Psixoloqdan AÇIQLAMA

“Cəmiyyət olaraq hələ də cinsi mövzulara acıq” - Psixoloqdan AÇIQLAMA

Dünən yayılan FHN əməkdaşlarının videosu sosial şəbəkələrdə ciddi rezonans doğurub. İnsanların bu tip görüntülərə maraq göstərməsi isə birmənalı qarşılanmayıb. Zaman-zaman cəmiyyətimizdə ictimai və ya sıravi vətəndaşların şəxsi, özəlliklə də intim həyatları müzakirə obyektinə çevrilib.

 

Bəs, şəxsi həyata müdaxilə istəyinin arxasında hansı psixoloji faktorlar dayanır?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, cəmiyyətdə istər yüksək vəzifədə çalışan məmurlar, istərsə də tanınmışlar xüsusilə insanların maraq dairəsində olurlar:

 

“Hər zaman birilərinin uğur qazanması, nailiyyətə imza atması digər insanlar tərəfindən düzgün qəbul olunmur. Bəziləri bu həyatda özlərini daha çox şeyə layiq görürlər , amma ora çata bilmədikləri üçün insanlara qarşı aqressiv olurlar. Kimsə kifayət qədər uğur əldə edib irəliyə gedirsə, maddi durumu yaxşılaşırsa, ətrafındakı insanların ona qarşı aqressiyası formalaşmağa başlayır. Cəmiyyət olaraq hələ də cinsi mövzulara, intim münasibətlərə ac olduğumuz üçün bizə yalnız bunlar maraqlıdır. Bu gün maarifləndirici açıqlamalar verəndə onun az reytinq topladığını görürəm. Amma hər hansı bir intim mövzu müzakirə etsəm, ödənişli sosial şəbəkə səhifələri belə onu oxuculara təqdim edəcək. Bəzən rəyləri oxuyuram və insanların daha çox aqressiyasının, əsəbinin, gərginliyinin şahidi oluram”.

 

Müsahibimiz bildirib ki, cəmiyyətdə öz yerini tapa bilməyən insanlar qüsur axtarmağa daha çox meylli olurlar:

 

“Yüksək vəzifəli şəxslər və məmurların belə intim videolarının yayılması birmənalı şəkildə onları vəzifədən azad etmək üçün də ola bilər. Ona görə hər zaman ehtiyatlı olub işdə eşq həyatı yaşamamaq lazımdır. Ümumiyyətlə özgüvən əksikliyi olanlar, real yaşadığı həyatla barışa bilməyənlər, başqalarının uğuruna sevinə bilməyən insanlar daha çox şəxsi həyata müdaxilə edirlər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...