Krım tərəflər üçün niyə ölüm-qalım məsələsidir? – Ukrayna düşməni məhz burada əzmək istəyir

Krım tərəflər üçün niyə ölüm-qalım məsələsidir? – Ukrayna düşməni məhz burada əzmək istəyir

Son bir həftədə Krımda üç partlayış olub. Təxminən bir həftə əvvəl Rusiyanın hərbi aerodromu partladılıb, nəticədə Rusiyanın 10-a yaxın hərbi təyyarəsi sıradan çıxıb. Dünən isə Krımda əvvəlcə Rusiyanın hərbi hissəsində, ardınca isə transformator yarımstansiyasında analoji hadisə yaşanıb.

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Krım hər iki tərəf üçün strateji əhəmiyyətlidir və Rusiya isə illər uzunu orada məskunlaşıb, hərbi obyektlər yerləşdirib:

 

“Bu isə o deməkdir ki, Krımın "təmizlənməsi" ilə döyüşlərin gedişatında dönüş yarana bilər. Üstəgəl, Krım müharibənin "açarıdır", bura tərəflərin əsas münaqişə ocağıdır. Deməli, Krımın azad olunması ilə Ukrayna ciddi divident qazana bilər.  Son vaxtlar İranın Rusiyaya PUA verməsi barədə məlumatlar yayılır. Bu, təbiidir. Tehranla Moskvanın münasibətləri məlumdur. Daha bir diqqət çəkən məqam isə budur ki, Ukrayna rəsmiləri silah çatışmazlığına görə artıq Qərbi ittiham etmirlər. Görünür, İranın Rusiyaya verdiyi PUA- lara adekvat cavab olaraq ABŞ və müttəfiqləri də Kiyevə daha müasir silahlar verməyə başlayıb. Əslində Krımın bir həftədə üç dəfə vurulması da bu fikri təsdiqləyir”.

 

Müsahibimiz bildirib ki, Ukrayna  indiki vəziyyətdə Qərbin növbəti dəstəyindən yararlanaraq torpaqlarını azad etməyə çalışır:

 

“Əlbəttə, Krımın azad edilməsi asan məsələ deyil. Amma hədəf kimi məhz oranın seçilməsi doğru qərardır. Krım Rusiya ordusundan tamamilə təmizlənərsə, bu, qarşı tərəfə həm strateji, həm də psixoloji zərbə olacaq. Beləliklə, Krım azad olunandan bir neçə həftə sonra savaşın taleyi həll oluna bilər. Bu mənada yaxın günlərdə Krımda növbəti partlayışların, hücumların və toqquşmaların olacağı mümkündür. İkinci bir tərəfdən, Ukrayna özünə maksimum hədəfi seçib. Deməli, hətta Krım azad olunmasa belə, hədəfin uzaqlığı nəticəsində xeyli uğur əldə etmək olar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...