Çörək bahalaşacaq? – Hökumət qiymət artımınına getməmək üçün bunları etməlidir

Çörək bahalaşacaq? – Hökumət qiymət artımınına getməmək üçün bunları etməlidir

Son günlər un və çörəyin bahalaşacağı ilə bağlı məlumatlar intensivləşib. Səsləndirilən fikirlər isə vətəndaşların narahatlığına səbəb olur.

Maraqlıdır, un məmulatları və çörəyin bahalaşacağı ilə bağlı yayılan informasiyaların əsası varmı?

 

Bu barədə Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, un və çörəklə əlaqəli rəsmi izah olmadığına görə son 8 ayın vəziyyətini təhlil etmək lazımdır:

 

“Yanvar ayında baş verənlərə diqqət etsək,  görərik ki, əsas səbəblər məhz bu ayda baş verənlərdən çox asılıdır. Belə ki, 2022-ci ilin yanvarında çörəyin qiyməti qalxdı. Üstündən cəmi 2 ay keçdikdən sonra buğdanın qiyməti maksimuma qalxıb deyə yenidən unun və ya çörəyin qiymətinin qaldırmaq ciddi yanlışlıq olardı. Buna görə də un 403 dollar olanda qiymət artımı söhbət mövzusu olmadı. Həm də bu aylarda Azərbaycanda çörəyin qiymətinin qalxmamasına daha bir amil ciddi kömək etdi – taxıl ehtiyatı. Azərbaycan bu ilin yanvarında heç vaxt etmədiyi qədər taxıl idxal etdi. Hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəmizə 4 dəfə çox taxıl idxal olundu. Fikrimcə, həm yanvardakı qiymət artımı, həm də  4 dəfə artıq tədarükün olması ötən 7 ay ərzində çörəyin qiymətinin qorunub saxlanılmasına imkan verib. İndi isə şərtlər dəyişir. Ehtiyatlar işləndikcə, yenidən idxalı artırmaq lazımdır”.

 

Ekspert vurğulayıb ki, hazırda dünyada taxıl bazarındakı vəziyyət ilin əvvəli ilə müqayisdə çox bahalaşıb:

 

“Bu isə yenidən unun qiymətinin sabit saxlanılması üçün əlavə vəsaitlərin xərclənməsini tələb edir. Ərzaqlıq buğdanın qiymətinin qalxacağı halda çörəyin qiymətinin sabit saxlanılması üçün səmərəli yol un istehsalçılarına yeni subsidiyaların verilməsidir. Bu yol hazırkı vəziyyətdə həm sahibkarların fəaliyyətinin dəstəklənməsi, həm də çörəyin qiymətinin stabil saxlanılması üçün ən sadə yoldur. Digər ikinci yol isə un istehsalçılarına yeni subsidiyalar vermədən, "bazar iqtisadiyyatıdır" deyib prosesi öz axarına buraxmaqdır. Bu zaman artımın mənfi təsirləri  insanların üzərinə düşəcək. Amma üçüncü yol da var - çörək və unun qiymətində artım olduğu zaman insanların gəlirlərinin buna uyğunlaşdırılması. Onsuz da infilyasiya insanların gəlirlərini yeməkdə davam edir. Digər xərcləri azaltmaqla gəlirlərə uyğunlaşdırmaq nəzəri cəhətdən mümkündür və insanlar belə də edir. Amma söhbət çörəkdən gedəndə bu nəzəriyyə özünü doğrultmur, çörəyə qənaət olmur. Bunu mütləq nəzərə almaq lazımdır. Heç olmasa, gəlirləri aşağı olan, aztəminatlı ailələrin və sosial cəhətdən həssas  qrupdan olan insanların maddi dəstəklənməsinə ciddi ehtiyac yaranacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...