"Lanqya" virusu ilə bağlı daha bir açıqlama: “Yoluxanların heç biri ölməsə də..”

"Lanqya" kimi tanınan virus Çinin şərq əyalətlərində onlarla insanda aşkarlanıb.

 

Sfera.az bildirir ki, hazırda virusun siçan kimi canlılar vasitəsilə insanlara keçmə ehtimalı araşdırılır. Bu araşdırmada iştirak edən professor Ju Fenq Britaniyanın “Mirror” qəzetinə xüsusi açıqlamalar verib. Virusa yoluxan bəzi xəstələrdə sətəlcəm kimi ağır simptomların olduğunu deyən Feng fikirlərini bu cür davam etdirib:

 

“Hamısının qızdırması var idi. Əksəriyyətində isə öskürək və ya yorğunluq müşahidə edilib. Bir neçəsində sətəlcəm və aşağı trombosit sayı kimi ciddi simptomlar da olub. “Lanqya”, “hendranipavirus” və ya “nipah” kimi ölümcül deyil. Çünki bu virusa yoluxanların heç biri ölməyib və ya reanimasiyaya yerləşdirilmələrinə ehtiyac olmayıb. Virusa yoluxan hamı sağalır”.

 

Sözügedən virusun çaxnaşma yaratmamalı olduğunu söyləyən Fenq, “Ciddi davam edən bir epidemiya olmadığı üçün panikaya ehtiyac yoxdur. Amma yenə də şəffaf və beynəlxalq əməkdaşlığa əsaslanan davamlı və aktiv genomik və seroloji nəzarətə ehtiyacımız var”, - deyə əlavə edib.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...