Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşacaq – AÇIQLAMA

Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşacaq – AÇIQLAMA

“Yaxın vaxtlarda Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə hibrid və elektromobillərin idxal rüsumundan azad olunması gözlənilir. Belə olarsa, hibridlər və elektromobillər daha da ucuzlaşacaq”.

 

Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib.

 

O, stimullaşdırma və təşviq tədbirlərinin müsbət nəticə verdiyini vurğulayıb:

 

“Belə ki, 2021-ci ilin birinci yarımilliyində ölkəyə 4878 ədəd hibrid, 36 ədəd elektrik mühərrikli nəqliyyat vasitələri idxal olunmuşdusa, cari ilin eyni dövründə bu rəqəmlər ardıcıl olaraq 6218 və 153 ədəd olub. Qısa müddətdə belə bir artım tempinə nail olmaq müsbət addımdır. Belə davam edərsə və yeni stimullaşdırıcı addımlar atılarsa, o zaman Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrinin sayı tez bir zamanda artacaq. Bu da avtoparkın yenilənməsi deməkdir”.

 

Ekspert qeyd edib ki, tezliklə hibrid və elektromobillərin idxal rüsumundan azad edilməsini görəcək və bazarda canlanmaya şahid olacağıq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini TƏBRİK ETDİ

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayı...

Mahnıya görə bir-birini şantaj edən müğənniləri hansı cəza gözləyir? - AÇIQLAMA

Bəzi sənət nümayəndələri sosial mediada aşkar formada bir-birilərini təhqir, şantaj edirlər. Hətta bu cür məsələlərə məmurlar, “hacılar” da daxil ed...

Hakan Fidan: "Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var"

Yaxın Şərqdəki müharibənin genişlənməsini istəyənlər var. Bunun üçün səy göstərilir.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri H...

Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.   Sfera.az-ın xə...

Prezident Azərbaycanın neft sənayesi işçilərinə müraciət etdi

Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə müraciət edib.  ...

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...