Azərbaycan nefti yeni qiymətə

Azərbaycan nefti yeni qiymətə
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar və yaxud 2,86% ucuzlaşıb.
Sfera.az report-a istinadən bildirir ki, bu gün "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 47,91 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR