Bu gün Maykl Ceksonun doğum günüdür

Bu gün Maykl Ceksonun doğum günüdür

 

Amerikalı pop müğənisi, 15 Qremmi və s. mükafatların sahibi, adı13 dəfə Ginnesin rekordlar Kitabına düşən Maykl Cozef Cekson (Michael Joseph Jackson) yaşasaydı bu gün 58 yaşını qeyd edəcəkdi.

Oxu.Az xəbər verir ki, dünyada satılan albomların kopyaların sayı 750 milliondan çoxdur. Uşaq yaşlarından "Jackson 5” qrupunun üzvü kimi tanınıb, sonradan solo artisti kimi şöhrət qazanıb.

"Pop musiqinin kralı” kimi tanınan Ceksonun 1982-də işıq üzü görən "Thriller” albomu dünya tarixində ən çox satılan albomdur.

M.Cekson 2008-ci ildə İslam dinini qəbul edib. 

2009-cu il 25 iyun tarixində 50 yaşında qəfil vəfat edib. İstintaq tibb testlərinin nəticəsinə əsaslanaraq Ceksonun güclü ağrıkəsici sayılan propofolu ölümcül dozada qəbul etməsindən dünyasını dəyşdiyii bildirilib. Pop kralı Los-Ancelesin "Forest Lawn” xiyabanında dəfn edilib.

 


OXŞAR XƏBƏRLƏR