Qərb Azərbaycana qarşı sanksiya tətbiq edəcək? - AÇIQLAMA

Qərb Azərbaycana qarşı sanksiya tətbiq edəcək?  - AÇIQLAMA
"Dünyada erməni lobbisi var və onlar bir çox ölkələrdə deputatları, senatları ələ alıblar".
 
Bunu Britaniya deputatı və XİN rəhbərinin Qazaxıstan və Azərbaycana da sanksiyaların tətbiq edilməsi fikrini şərh edən deputat Cavid Osmanov Sfera.az-a açıqlamasında deyib.
 
Cavid Osmanov britaniyalı deputatın belə bir təkliflə çıxış etməsini digər ölkələrə mesaj kimi dəyərləndirib:

"Rusiya və Ukrayna arasında baş verən münaqişə zəminində bir sıra Qərb ölkələri tərəfindən Rusiyaya qarşı sanksiyalar tətbiq edilir. Britaniya parlamentində Ukrayna böhranının müzakirəsi zamanı britaniyalı deputat məhz bu səbəblə belə bir təkliflə çıxş edib. Əslində, belə bir təklifin verilməsi Rusiyaya digər dövlətlər tərəfindən dəstəyin qarşısının alınması ilə bağlıdır. Lakin onlar eyni zamanda onu da görməlidirlər ki, Azərbaycan müstəqil siyasət yürüdən ölkədir və milli maraqlarına söykənir. Bu baxımdan Azərbaycan dövləti münaqişənin ilk başlarından qeyd etdi ki, bu məsələnin diplomatik yolla həllinin tərəfdarıdır və danışıqlarda vasitəçi olmaq niyyətindədir. Bu səbəblə düşünürəm ki, ölkəmizə qarşı hansısa sanksiyanın tətbiqi gözlənilən deyil”.  
  
Millət vəkili ermənilərin də bu çıxışla əlaqəsinin ola biləcəyinə diqqət çəkib:

"Bundan başqa biz bilirik ki, dünyada erməni lobbisi var və onlar bir çox ölkələrdə deputatları, senatları ələ alıblar. İmkan düşən kimi onlar bundan Azərbaycana qarşı istifadə edirlər. Bu baxımdan deputatın belə bir mövqe sərgiləməsi ilk növbədə ikili standartların bir təzahürüdür, yaxud da erməni lobbisindən qaynaqlanan məsələdir”. 
 
Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Təhsil almadan 11 dil öyrəndi: “Əllərimə yazaraq başladım”

Antalyanın Manavqat rayonunda yerləşən Side Antik kəndində bir zərgərlik mağazasında çalışan 56 yaşlı Cuma Turhan heç bir rəsmi təhsil almadan 11 dili öyrənməyi...

Gəncədə qəzaya uğrayan BMV evin yanmasına səbəb oldu

Gəncə şəhərində BMV markalı minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat...

Gürcüstanda zəlzələ oldu

Gürcüstanda 3,8 maqnitudalı zəlzələ baş verib.   Sfera.az Gürcüstan mediasına istinadən xəbər verir ki, zəlzələ ölkənin şimal-şərqində qeydə alınıb. ...

"Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər" - Mirzoyan

Yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbər ola bilər.   Sfera.az Teleqraf-a istinadən xəb...

Alça bu insanlara qəti QADAĞANDIR – ARAŞDIRMA

Turş dadı və bol C vitamini ilə tanınan bu meyvə bəzi insanlar üçün təhlükə mənbəyi ola bilər. Söhbət mövsümü meyvə olan alçadan gedir.    Mütəxəs...

Yeni “iPhone"larda güclü RAM-lar quraşdırılacaq - “Apple”dən mühüm dəyişiklik

“Apple” yeni “iPhone 17 Pro” və “Pro Max” modellərində səmərəliliyi artırmaq üçün mühüm bir yeniliyə imza atıb. Şirkət bu mo...