Deputat Könül Nurullayeva sakinləri qayğılandıran məsələlərlə maraqlandı - FOTOLAR

Deputat Könül Nurullayeva sakinləri qayğılandıran məsələlərlə maraqlandı - FOTOLAR
Millət vəkili Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Belə ki, Milli Məclisin deputatı qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Nəzərinizə çatdıraq ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında avtobus dayanacağının yaşayış evlərindən uzaqda yerləşməsinin Keşlə sakinləri üçün yaratdığı çətinliklər, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, özünüməşğulluq proqramı çərçivəsində Vətən müharibəsi qazisinin və əlilliyi olan vətəndaşımızın lazımi avadanlıqlarla təmin olunması, ixtiraçının patent almaqla bağlı üzləşdiyi problem və s. bu kimi məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, vətəndaşların qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

OXŞAR XƏBƏRLƏR

Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi

“Ermənistan Respublikası KTMT Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına q...

Bakıdakı bu bazarda məhsulların satışına məhdudiyyət qoyuldu

Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Təbriz (Xırda)” bazarında Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları yoxlama keçirib, ...

Gənclərin viskidən zəhərlənmələri ilə bağlı iddialara istehsalçı müəssisədən CAVAB

Ötən gün Bakının Səbail rayonunda yerləşən məşhur hotellərdən birində dörd nəfərin zəhərlənməsi və onlardan ikisinin spirtli içkidən ölməsi ilə b...

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI - VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib.   Sfera.az xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarə...

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - FOTOLAR

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Abşeron rayonunda tədbir keçirilib. &...

Bakıda İran vətəndaşının narkokuryerləri həbs edildi

Narkotikləri Bakıda müxtəlif ünvanlara yerləşdirərək bu barədə İran vətəndaşına məlumat verməli olan kuryerlər - Məhəmməd Kərimov və tanışı əvvəllər məhkum olun...