Azərbaycanda sahibkarlara SEVİNDİRİCİ XƏBƏR - Vacib dəyişiklik edildi

Azərbaycanda sahibkarlara SEVİNDİRİCİ XƏBƏR - Vacib dəyişiklik edildi
Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti daha 1 il uzadılır.

Sfera.az  APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) 2023-cü il yanvarın 1-dək dayandırılır. Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Qeyd edək ki, qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar aşağıdakılardır:

- vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

Xatırladaq ki, 2015-ci il noyabrın 1-dən qüvvəyə minən qanunun müddəti 2021-ci il yanvarın 1-dək olan dövrü əhatə etdiyi və bu müddət bitdiyi üçün keçən il yaz sessiyasında da 1 il (2022-ci il yanvarın 1-dək) artırılmışdı.

OXŞAR XƏBƏRLƏR

Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ! 

2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start ver...

Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr OLDU

Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev və İsrail Xarici İşlər Nazirliyinin (XİN) siyasi direktoru Aliza Bin-Nun arasında görüş olub. &...

“Bolt” qiymətləri QALDIRDI - Şirkət TƏSDİQLƏDİ

“Bolt” taksi şirkəti sifarişlərin qiymətini 10% qaldırıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbə...

"Dollar dünya ticarətində dominant mövqeyini qoruyub saxlayıb" - BVF rəsmisi

Dünyadakı gərgin geosiyasi vəziyyətə görə iqtisadiyyat üç bloka bölünüb.    Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fond...

Şəhid Ayaz Ağayev dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllıda dəfn e...

Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır

Yelo Bank-ın sevimli Yelo kart məhsulu təqdim etdiyi üstünlüklərlə diqqətləri öz üzərinə çəkməyə davam edir. Xərclərindən və kart balansından gəlir qazanmaq ist...