Gənclər və idman nazirinə 2 yeni müavin təyin edildi - SƏRƏNCAM

17:32 / 29.11.2021
1156
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova iki müavin təyin edilib.
Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli, digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.