Türkmən qazı Tehranı Bakı ilə dostluğa məcbur etdi – “Ehtiyatlı olmalıyıq...”

15:12 / 29.11.2021
697
"Regionda
əsaslı geosiyasi dəyişikliklər baş verir. Rəsmi Tehran gec də olsa başa düşür
ki, atdığı yanlış addımlar onun regionda təklənməsinə gətirib çıxara bilər”.
Bu sözləri
Sfera.az-a açıqlamasında politoloq Turab Rzayev İran İslam Respublikasının
Prezidenti Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev arasında baş tutan görüş haqda danışarkən deyib.
Onun
sözlərinə görə, rəsmi Bakı ilə yaşadığı son gərginlik İranın regiondakı müttəfiqləri
ola biləcək ölkələri (Türkiyə, Pakistan və Rusiyanı) ondan uzaqlaşdırdı:
"İran
anlayır ki, regionda fərqli siyasi proseslər yaşanır. Misal üçün, türk
ölkələrinin son zamanlar aktivləşməsi və ya İqtisadi Əməkdaşlıq Təşkilatının
15-ci Zirvə Toplantısında Pakistan, Türkiyə və Azərbaycanın regiona dair yeni
layihələrin ərsəyə gəlməsində razılaşmasını İran yaxından izləyir. Tehran başa
düşür ki, ya bu proseslərdən kənarda qalacaq, ya da özü də iştirak edəcək. İran
buna görə də Azərbaycanla münasibətlərin normallaşmasında maraqlıdır. Digər
tərəfdən, Tehran anlayır ki, gərginliyin böyüməsini Bakı da istəmir”.
T. Rzayevin
sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin normallaşmasında Türkmənistan
qazının da payı var:
"Türkmənistan
uzun müddətdir ki, təbii qazını Azərbaycan üzərindən Avropa bazarına çıxarmaq
istəyir. Bu istiqamətdə bir müddətdir rəsmi Bakı və Aşqabad arasında danışıqlar
gedir. Dünənki Aşqabad görüşündə isə artıq razılaşma əldə olundu. Razılaşmaya
görə, türkmən qazı İran üzərindən Azərbaycana daşınacaq. Göründüyü kimi, bu
razılaşmada İrana da pay düşür. Nəzərə almaq
lazımdır ki, 1.5, 2 milyard kubmetr qaz az deyil. Bu gün Azərbaycanın Türkiyəyə
ixrac etdiyi qazın ümumi həcmi 5 milyarda yaxındır. Bu mənada mövcud
İran-Azərbaycan münasibətlərinin yaxşılaşmasında türkmən qazı faktorunu da qeyd
etmək lazımdır”.
Politoloqun
sözlərinə görə, İranın Azərbaycana qarşı nə qədər səmimi olacağını zaman
göstərəcək:
Turan Rzayev