Bakı İƏT-in XV Zirvə Toplantısında nəyə nail oldu? - ŞƏRH

12:44 / 29.11.2021
574
Türkmənistanın
paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə
Toplantısı öz işini yekunlaşdırdı. Görüşdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iştirak edib.
Soçi görüşü
və İƏT-in XV Zirvə Toplantısı arasındakı paralellik
Soçi
görüşününü ardınca, Prezident İlham Əliyev İƏT tribunasından da Zəngəzur
dəhlizinin artıq reallığa çevrilməsini bəyan etdi. Prezidentin bu məsələni
yenidən dilə gətirməsi heç də təsadüfi deyil. Məsələ ondadır ki, yeni
reallıqlar və formalaşmaqda olan dünya nizamında Zəngəzur dəhlizinin əhəmiyyəti
hər gün biraz da artır. Prezident bu məqamı tez-tez müxtəlif ali qrumların
tribunasından səsləndirməklə bu dəhliznin təkcə Azərbaycan üçün deyil, regionda
marağı olan bütün ölkələr üçün vacib olduğunu başa salmağa çalışır.
Prinsip
etiarilə, hazırda Zəngəzur dəhlizi İƏT-in 10 üzvünün də ortaq məsələsidir.
Məsələ ondadır ki, bu dəhliz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından da
önəmlidir. Dəhliz faktiki olaraq bir neçə regionu birləşdirən qovşaq rolunu
oynayır. İƏT-ə üzv ölkələr də bu dəhlizdən böyük fayda götürə bilər.
Azərbaycan
onsuz da son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika
mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun
nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Bu imknalardan isə təkcə rəsmi
Bakı deyil, regionun bütün ölkələri fayda götürə bilər. Prezidentin Zəngəzur
dəhlizi məsələsinin İƏT-in XV Zirvə Toplantısı dilə gətirməsinin bir digər
səbəbi də Təşkilat region ölkələrini özündə birləşdirən ən önəmli qurumlardan
biri olmasıdır.
Aşqabad
Bəyannaməsi mühüm detal
İqtisadi
Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının yekununda Aşqabat
bəyannaməsi qəbul olundu. Aşqabad Bəyannaməsini ümumilikdə rəsmi Bakı üçün
uğurlu hesab etmək olar. Çünki sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar
öz əksini tapıb. Belə ki, bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal
edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması
münasibətilə təbrik edilir. Görüşdə, həmçinin İƏT-in Tədqiqat Mərkəzinin Bakıda
fəaliyyətə başlayacağı bildirilib.
Türkmən qazına görə, Bakı və Tehran arasındakı buzlar əriyir
İƏT-in XV
Zirvə Toplantısının ardınca liderlər arasında ikili görüşlər baş tutdu. Bu
görüşlərdən ən diqqət çəkəni isə bəlkə də İran İslam Respublikasının Prezidenti
Seyid İbrahim Rəisi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
arasında baş tutan görüşü idi. Bir müddətdə rəsmi Bakı və Tehran arasında davam
edən və rəsmi Tehrandan qaynaqlanan soyuq münasibətlər fonunda bu görüşün necə
keçəcəyi hər kəs üçün maraqlı idi.
Rəisinin
sözlərinə Qarabağ məsələsi ilə başlaması və İranda İslam İnqilabının ali
rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının
mövqeyinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir
və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” deməsi
Tehranın səhvini anladığı və Bakı ilə gərginliyin uzadılmasının mənasız
olduğunu dərk etdiyini göstərir.
Hesab edirəm
Rəisi "İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün
məmurlarının hamısının mövqeyini” deyərək bir müddət öncə aktual olan "şirin
quyruğu” məsələsini birdəfəlik qapatmaq istəyir. Prisip etibarilə İranla
gərginliyin davam etməsi rəsmi Bakı üçün də arzuolunan hal deyil. Onsuz da
məsələnin bu qədər böyüməsi İranın günahı idi. Rəsmi Bakı sadəcə özünü müdafiə
edirdi.
İndiki halda
Azərbaycan üçün İranla gərginlikdən çox əməkdaşlıq daha vacibdir. Məsələ ondadır
ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı,
buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə
hələ ki, İran üzərindən mümkündür.
Aşqabadda
Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzalandı.
Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz
göndərəcək. Düzdür, türkmən qazının Azərbaycana buradan isə Avropa bazarına
ixracı üçün alternativ Transxəzər layihəsi də var. Lakin hazırda Transxəzər layihəsinin
gerçəkləşməməsi Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır. Bu mənada
deyə bilərik ki, indiki halda Tehran ilə Bakı arasında buzlar türkmən qazına
görə əriyir.