Prezident yeni qəbul edilən qərarlardan danışdı

Siyasət
21:30 / 26.11.2021
1362
"Soçidə keçirilən üçtərəfli görüşdə qəbul edilən qərarlar Cənubi Qafqazda daha təhlükəsiz və proqnozlaşdırıla bilən vəziyyətə töhfə verəcək”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündən sonra keçirilən birgə mətbuat konfransı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Putin və Paşinyanla üçtərəfli görüşdə hərtərəfli və səmimi söhbət olub.
"Azərbaycan Ermənistanla uzunmüddətli qarşıdurma səhifəsini vərəqləmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindədir.
Qarabağda hərbi əməliyyatlar başa çatdıqdan sonra Bakı 100-dən çox erməni hərbçisini İrəvana təhvil verib”, - deyə İlham Əliyev bildirib.