"Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir” - Putin

"Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın tərəfdaşlığı uğurla inkişaf edir”.

Sfera.az  xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.

O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11% artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.

V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.

OXŞAR XƏBƏRLƏR