“Kremlin əsl niyyəti bu görüşdə ortaya çıxacaq” – Abdullah Ağar

14:11 / 26.11.2021
1015
"Ötən
ilin 10 noyabrında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. İndi
Rusiya həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir”.
Bu sözləri
Sfera.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə
eksperti Abdullah Ağar deyib. Onun
sözlərinə görə, bu gün Soçidə baş tutacaq görüş çox önəmlidir:
"Bu
görüşdə Rusiyanın üzərinə çox böyük məsuliyyət düşür. Çünki son görüşdən 10
aydan çox vaxt keçib, bu müddət ərzində Azərbaycanın haqlarının pozulmasına
dair bir yox, bir neçə fakt qeydə alınıb. Rusiya hər şeydən öncə Qarabağda
sülhməramlıların fəaliyyət göstərdiyi yerlərdə Azərbaycanın haqlarını qorumalı,
Ermənistanın Qarabağa iddialarının, bu istiqamətdə fəaliyyətlərinin, eyni
zamanda sərhəd təxribatlarının qarşısını almalı, həm də Zəngəzur dəhlizinin
açılmasına imkan yaratmalıdır. Hər halda regionda gərginliyi azaltmaq, münaqişəni
bitirmək, sülhü bərqərar etmək istəyən bir ölkə bunu etməlidir”.
Ekspertin
sözlərinə görə, türk ölkələri arasında əlaqələrin güclənməsi Moskvanı narahat
etməməlidir:
Turan
Rzayev