Rusiyada qorunan, Matviyenkonun "ən dəqiq" adlandırdığı xəritə hansıdır? - “Reallığa əsaslanmır...”

12:35 / 26.11.2021
2793
Rusiya
Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan və Ermənistan
arasındakı sərhəd mübahisələrini həll etmək üçün ən dəqiq xəritənin onlarda
olduğunu bildirib. V.Matvienko
bu xəritələrin Rusiya Müdafiə Nazirliyində saxlanıldığını diqqətə çatdırıb.
Maraqlıdır,
Rusiyanın əlindəki və "ən dəqiq” olaraq qiymətləndirdiyi xəritə hansıdır?
Rusiya rəsmisinin
bu açıqlaması ilə bağlı Sfera.az-a danışan AMEA-nın A.A.Bakıxanov adına Tarix
İnstitunun icraçı direktoru, professor Cəbi Bəhramov Rusiyanın əlində olan xəritənin
reallığa əsaslanmadığını bildirib:
"Rusiyanın
açıqlamasına qarşılıq olaraq sual vermək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin
xəritəsi tam olaraq necə idi? Nə üçün Rusiya bu dövləti tanımayıb, işğal etdi?
Onlar hələ o zaman öz tərtib etdikləri xəritələri reallaşdırmaq istəyirlər.
Bundan başqa Ermənistan ərazisində onların Gümrü deyilən hərbi bazası var. Digər
tərəfdən Ermənistanda olan zavod və fabriklərin hamısı onların ixtiyarındadır. Bu
baxımdan əvvəl tərtib etdikləri xəritənin tətbiqi onlara sərf edir. Biz
konstitutsiya ilə elan etmişik ki, AXC-nin varisiyik. Həmin varislik hüququndan
istifadə edərək deyə bilərik ki, Sovet Rusiyası Azərbaycan torpaqlarını o vaxt
hərraca qoymuşdu. Qeyri-qanuni olaraq torpaqlarımız Ermənistana verilib”.
Müsahibimiz
AXC dövründə Azərbaycana məxsus olan ərazilərin bərpa edilməsinin zəruri
olduğunu qeyd edib:
"Hərbçilərin
çəkdikləri xəritələri indi real ərazi vahidi olaraq qəbul edirlər. Lakin beynəlxalq
hüquq bizim tərəfimizdədir. Biz AXC varisliyimizdən istifadə edib, Zəngəzur,
Göyçə də daxil olmaqla həmin dövrdə bizə aid olan ərazilər üzərindəki
hüququmuzu bərpa etməliyik. Həm tarixi, həm də beynəlxalq hüquqi-nöqteyi nəzərdən
indiki Ermənistan Azərbaycanın ərazisidir. Prezident İlham Əliyev də bu səbəblə
dəfələrlə Zəngəzur və Göyçənin Azərbaycana aid tarixi ərazi olduğunu qeyd edib.
Xəritə və ərazi bütövlüyü ilə bağlı fikirlər Rusiyanın yanaşması reallığa uyğun
deyil”.