15 dekabr görüşündən GÖZLƏNTİLƏR: \"Paşinyan razılıq vermək məcburiyyətindədir”

15 dekabr görüşündən GÖZLƏNTİLƏR: \
"15 dekabr görüşü planlaşdırılmasaydı, Soçi görüşü də baş tutmayacaqdı”.
 
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 15 dekabr tarixində baş tutacaq Azərbaycan və Ermənistan liderlərinin görüşündə hər hansı bir sənədin imzalanması gözlənilmir:

"Burada Brüssel vasitəçi olaraq, iki ölkə arasında sülh müqaviləsinin bağlanması istiqamətində yeni bir "Yol Xəritəsi" hazırlaya bilər. Avropa İttifaqının iki ölkə arasında  sülh müqaviləsi üçün vasitəçiliyinə isə, Moskva imkan verməyəcək. Ermənistan Baş naziri Nikol Paşinyan məhz Moskvadan kənar Brüssellə əməkdaşlıqda maraqlı görünür. Bu da Kremli qəzəbləndirən əsas amildir”.

Politoloqun sözlərinə görə, Moskva çalışacaq ki, yeni bir sənəd imzalansın:

"Bu da, Brüssel görüşünə kölgə salınması üçün nəzərdə tutulub. Soçi görüşündə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə sənəd imzalanması və nəqliyyat yollarının açılması razılaşdırılmalıdır. Burada Azərbaycanın irəli sürdüyü və 10 Noyabr Birgə Bəyannaməsinin 9-cu bəndinə əsasən, dəhlizə uyğun texniki imkanları özündə əks etdirən punktun yerinə yetirilməsi, "Zəngəzur" dəhlizinin açılması istiqamətində tərəflər arasında danışıqlar olacaq. Paşinyan razılıq vermək məcburiyyətindədir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR