Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəldi

Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəldi
Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti bu gün Azərbaycana səfərə gəlib.

Bu barədə Sfera.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə REA-nın vitse-prezidenti, akademik Yuriy Baleqa, REA-nın prezidentinin müşaviri, hüquq elmləri doktoru Rəşad Qurbanov, REA-nın prezidentinin Katibliyinin rəisi Valeriya Belyanina və REA-nın Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Olqa Qluxovtseva daxildir.

Heydər Əliyev Beynəlxalq Hava Limanında REA nümayəndə heyətini AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov və vitse-prezident, akademik İbrahim Quliyev qarşılayıblar.

Səfər çərçivəsində REA nümayəndə heyətinin AMEA-da ölkənin elmi ictimaiyyəti ilə görüşü və iki qurum arasında "Elm, innovasiya və təhsil sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Yol Xəritəsi”nin imzalanması planlaşdırılır. Yol Xəritəsi birgə qabaqcıl elmi və texnoloji tədqiqatların təşviqi, hər iki ölkə üçün aktual olan prioritet elmi istiqamətlərin müəyyənləşdirilməsi, gənc alimlərə və istedadlara dəstək göstərilməsi, alimlərin mobilliyinin optimallaşdırılması, eləcə də hər iki ölkənin elm, innovasiya və təhsilinin cəmiyyətə və iqtisadiyyata inteqrasiyasının həyata keçirilməsi məqsədini daşıyır.

Üç günlük səfər çərçivəsində AMEA-nın elmi-tədqiqat müəssisələri və burada aparılan tədqiqatlar, kadr hazırlığı, yaradılmış maddi-texniki şərait, ən son avadanlıq və texnologiyalarla təchiz edilmiş, müasir tələblərə cavab verən laboratoriyalarla tanışlıq nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...