“Sərhəd danışıqlarını ancaq bizim xəritələrlə aparmaq olar, Müdafiə Nazirliyində saxlanılır...”

“Sərhəd danışıqlarını ancaq bizim xəritələrlə aparmaq olar, Müdafiə Nazirliyində saxlanılır...”
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının toplantısında iştirak etmək üçün Sankt-Peterburqa səfər edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. virtualaz.org  Federasiya Şurasının rəsmi "senatinform.ru” portalına istinadən xəbər verir ki, Matviyenko Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqların başlaması zərurətini qeyd edib.

"Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın imzalanmasından düz bir il keçir. Üç dövlətin (Azərbaycan, Ermənistan və Rusiya) rəhbərlərinin müdrikliyi çatdı ki, qan axıdılmasının dayandırılması naminə sənədi imzalasınlar və dinc dialoqa keçsinlər. Lakin danışıqlar prosesi ləng irəliləyir, buna görə də regionda gərginlik qalır”, - Rusiyanın ikinci şəxsi görüşdə bildirib.
Matviyenko vurğulayıb ki, bu gün əsas vəzifə sərhədlərin o cür müəyyən edilməsidir ki, tərəflərdən heç birinin döyüş əməliyyatlarını bərpa arzusu meydana çıxmasın.

"Rusiya bu işə öz köməyini təklif edib, nəzərə alaraq ki, sovet dövrü xəritələri ancaq bizdə, Müdafiə Nazirliyində saxlanılır. Onlar yoxlanılıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar və Azərbaycanla Ermənistan bu yanaşmanı dəstəkləyir.  Anlayış və razılıq var, amma proses ləng gedir. Bunun da nəticəsində gərginlik yaranır”, - Federasiya Şurasının sədri belə deyib.

Sahibə Qafarova isə bildirib ki, Azərbaycan da Qarabağda sülhün və sabitliyin yaranmasına hədəflənib. Onun sözlərinə görə, regionda sülh yaranmadan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması haqda danışmaq mümkün deyil.

 "Biz görürük ki, dünya ictimaiyyəti necə genişlənir, bununla yanaşı biz başa düşürük ki, dar mənada indi bizim regionun heç bir ölkəsinin inkişafı barədə ayrılıqda danışmaq mümkün deyil-hökmən hansısa qarşılıqlı əlaqələr tələb olunur. Bütün bunları sülhün təmin edilməsi baş vermədən etmək mümkün deyil” , -Milli Məclisin sədri deyib.

(virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...