“Erməni siyasətçilərlə görüşəndə onlar deyir ki...” – Yekun sülh müqaviləsinə nə mane olur?

15:22 / 25.11.2021
1531
"Mən
müxalif erməni siyasətçilərlə görüşəndə onlar deyir ki, sülhün imzalanmasını qəbul
edirlər, lakin Qarabağın Azərbaycana aid olması ilə bağlı sənədə imza atmağa məcbur
edilmək istəmirlər”.
Bu sözləri
Sfera.az-a açıqlamasında deputat Erkin Qədirli bildirib.
Millət vəkilinin sözlərinə
görə, istənilən erməni siyasətçi üçün Qarabağın Azərbaycana aid olduğunu təsdiq
edən sülh müqaviləsinə imza atmaq Ermənistan ictimai rəyində xəyanət kimi qəbul
edilir:
"Təbii
ki, biz də bu mövqe ilə razılaşa bilmərik. Özündə Qarabağın Azərbaycana aid
olduğunu ehtiva etməyən hansısa müqavilənin imzalanmasında maraqlı deyilik. Ona
görə istər Paşinyan, istərsə də hansısa siyasi güc bununla razılaşarsa, biz
onunla əməkdaşlıq edə bilərik. Görünən odur ki, Nikol Paşinyan da daxil olmaqla
Ermənistandakı hansısa siyasi güc Qarabağın Azərbaycana aid olduğunu qəbul etmək
niyyətində deyil”.
Deputat
Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutacaq görüşlər barədə də
danışıb:
Əzizə Zeynal