“Putin Soçidə təkcə qonaqlarını qəbul etmir, həm də...” – Açıqlama

Siyasət
14:17 / 25.11.2021
640
"Rusiya
Prezidenti Vladimir Putinin maraqlı iş qrafiki var. Putin Moskvadan və Kremldəki
otağından bezəndə kurort şəhəri olan Soçiyə gedir, həm dağ havası alır, həm də
qonaqlarını qəbul edir”.
Sfera.az
bildirir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan
Şahinoğlu deyib.
Onun
sözlərinə görə, Putinin komandası Kreml sahibinin qrafikini elə tərtib edirlər
ki, Rusiya prezidenti xarici qonaqların əksəriyyətini bir neçə günlük zaman kəsiyində
Soçidəki iqamətgahında qəbul etsin:
"Misal
üçün Vladimir Putin bir neçə gündür Soçidədir. Artıq Fələstin Prezidenti Mahmud
Abbasla görüşüb, bu gün Serbiyanın Prezidenti Aleksandr Vuçiçlə görüşəcək,
sabah isə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol
Paşinyanla üçtərəfli görüş keçərəcək.
Putin
Mahmud Abbasla Fələstinin problemlərini, Aleksandr Vuçiçlə Serbiyaya satılan
Rusiya qazının qiymətinin ucuzlaşdırılmasını, Azərbaycan və Ermənistan liderləri
isə kommunkasiya xətlərinin açılmasını müzakirə edib və ya edəcək. Rəngarəng
mövzulardır. Putin bu mövzuların hər birində Rusiyanın həlledici rolunu
vurğulamağa çalışır”.