Mixail Şvıdkoy: “Azərbaycan və Rusiya prezidentlərini dostluq münasibətləri bağlayır”

Mixail Şvıdkoy:  “Azərbaycan və Rusiya prezidentlərini dostluq münasibətləri bağlayır”
"Azərbaycan və Ermənistan arasında barışın əldə olunması bir sıra problemlərin həllində, o cümlədən sərhədlərin delimitasiya və demarkasiya prosesində dəqiqlik tələb edir. Rusiya bu məsələdə tərəflərə dəstək verməyə hazırdır”.

Sfera.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Şvıdkoy qeyd edib ki, Rusiya Qafqazda sülhün bərqərar olmasında maraqlıdır.

Onun sözlərinə görə, Rusiya İkinci Qarabağ müharibəsi zamanı özünü son dərəcə təmkinli apardı: "Biz tərəfdaşımız olan Azərbaycanla, eləcə də Ermənistanla münasibətlərimizi qoruyub saxlamağa çalışırdıq”.

Şvıdkoy Azərbaycan və Rusiya prezidentləri arasında uzun müddətdir dostluq münasibətləri olduğunu nəzərə çatdırıb.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi bildirib ki, hazırkı mərhələdə təkcə dövlətləri deyil, həm də xalqları barışdırmaq üzərində düşünmək lazımdır.

"Tarixin son 30 illlik səhifəsi 2020-ci ildə çevrildi... Bu gün əsas məsələ sülhə alternativin olmadığını anlamaqdır, çünki müharibə heç bir xalqa xoşbəxtlik gətirmir" - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...