“Xalqımdan üzr istəyirəm, üzrxahlığımı qəbul edin” – Deputat Milli Məclisdə etiraflar etdi

11:51 / 23.11.2021
2009
"Büdcə layihəsi müzakirə olunarkən başqa nələri
müzakirə etməyin mümkünlüyünə diqqət etmədim. Yanlışlığa yol vermişəm. Məlum oldu ki, sürücülərin əməkhaqqı kəsilməyib. Onlar üçün, hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insan yüksək vəzifələrə çəkiliblər. Bir neçə adama COVID-lə bağlı 500 manat yardım edilib.Bir müxalifət lideri bütün deputatları
aşağıladı. Guya hər biri 200-300 minlik avtomobil istəyir. Səhv məlumat verməklə
deputatlara nifrət aşıladı. Hesab edirəm ki, cəzamız verilib, hörmətli cənab sədr.
Xahiş edirəm, üzrxahılığımı qəbul edin".
Sfera.az xəbər verir ki, bunu deputat Tahir Kərimli
Milli Məclisin plenar iclası zamanı bildirib. O, Milli Məclisin işçiləri üçün mənzil
tikintisi təklifinin düzgün olmadığını etiraf edib:
"Məni deputatlar da, sosial şəbəkələrin fəalları
də haqlı olaraq qınadı. Mən doğrudan da yanlışlığa yol vermişəm. Elə bilmişəm,
indiki vəziyyətdə Milli Məclisdə ehtiyacı olanlara da mənzil vermək olar. Xalqımdan
da üzr istəyirəm".
Spiker Sahibə Qafarova isə deputata gələn dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.
Əzizə Zeynal