Ceyhun Bayramova TÜRKSOY-un "Nizami xatirə nişanı” təqdim olundu - FOTOLAR

Ceyhun Bayramova TÜRKSOY-un
Noyabrın 22-də xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, tərəflər, Azərbaycan və TÜRKSOY arasında faydalı əməkdaşlıq və təşkilatın türk xalqlarının ortaq mədəniyyətinin təşviqi istiqamətində gördüyü işlər üzrə ümumi fikir mübadiləsi aparıblar.

Baş katib Düsen Kaseinov Azərbaycanda "Nizami İli”nin elan olunması ilə əlaqədar təşkilat tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib və dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbirlərin gələn ilin mart ayınadək davam ediləcəyini söyləyib.

Baş katib Düsen Kaseinov TÜRSOY tərəfindən nəşr edilmiş, Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş kitabı və "Nizami xatirə nişanı”nı nazir Ceyhun Bayramova təqdim edib.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...