ABŞ səfiri: “Biz regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıq”

ABŞ səfiri: “Biz regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıq”
"Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Bu müddət ərzində bir sıra sahələr üzrə xeyli nailiyyətlər əldə etmişik”.

Sfera.az  xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenberger bildirib.

Səfir bildirib ki, ABŞ regionda dayanıqlı sülhün bərqərar olmasına tərəfdarıdır.

"Biz enerji, turizm və s. kimi bir sıra sahələrdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək vermişik. Təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığımız, təhsil sahəsində böyük təcrübəmiz var”, - Lisenberger deyib.

O əlavə edib ki, ölkədə özəl sektorun, kənd təsərrüfatının, aqrar turizmin və s. sahələrin inkişaf etdirilməsi üçün Azərbaycan və ABŞ arasında əməkdaşlıq həyata keçirilir. 

"Artıq məcburi köçkünlərin uğurla geri qaytarılmasına dəstək vermək imkanı da mövcuddur”, - diplomat deyib.
 
(report)

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...