Kreml Zəngəzur dəhlizini açmağa niyə tələsir? – Şərh

Kreml Zəngəzur dəhlizini açmağa niyə tələsir? – Şərh
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində ard-arda təxribatlar törətməsi və rəsmi Bakının isə düşmənə sərt cavab verməsi tərəflər arasında razılaşdırılmayan məqamların mövcudluğu ilə bağlıdır.
 
Bu məqamların ən çox müzakirə edələni isə kommunikasiya xətlərinin açılmasıdır. Belə ki, 10 noyabr bəyanatından sonra iki ölkə arasında gərginliyin yenidən hərbi sferaya keçməsi şübhəsiz ki, Zəngəzur dəhlizi ilə bağlıdır.
 
Aydın məsələdir ki, rəsmi İrəvan Azərbaycanın istifadə edəcəyi Zəngəzur dəhlizini açmaq niyyətindən uzaqdır. Əvəzində isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın da təklif etdiyi kimi Naxçıvana getmək üçün Qubadlı-Laçın-Gorus-Biçənək yolu kimi alternativlər təklif edilir. Bu təkliflər isə nə rəsmi Bakını, nə də Moskvanı qane edir. Hər halda bu təklif Rusiya üçün uyğun olsaydı, prosesin elə bu istiqamətdə də həllinə çalışardı. Görünən odur ki, Kreml də Bakı kimi Zəngəzur dəhlizinin açılmasında israrlıdır.
 
Kreml Ankaradan ehtiyat edir...

Zəngəzur dəhlizi ilə bağlı proseslərin sürətlənməsi Rusiyanın Türkiyə narahatlığından qaynaqlanır. Məsələ ondadır ki, Cənubi Qafqazda Moskva və Ankaranın maraqları bu günə qədər müəyyən mənada uzlaşırdısa, Zəngəzur dəhlizi faktoru və onun həm regional, həm də qlobal əhəmiyyəti onu deməyə əsas verir ki, bu ortaqlıq digər regionlarda olduğu kimi, uzun sürməyəcək. Prinsip etibarilə biz bunu Suriya və Liviyada bir neçə dəfə baş verdiyini görmüşük.

Rusiya indiki halda həm Çinin "bir kəmər, bir yol", həm də türk dünyası üçün həyati əhəmiyyətə sahib Zəngəzur dəhlizi üzərindəki nəzarəti Türkiyə ilə bölüşmək istəmir. Məhz buna görə də prosesi ən qısa zamanda öz moderatorluğunda həll etmək istəyir.
 
Noyabrın 12-də İstanbulda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü və yekunda verilən qərarlar görünür, elə bu səbəbdən Kremli narahat edib. Təsadüfi deyil ki, bu görüşdən 4 gün sonra, yəni noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisindən ölkəmizə qarşı genişmiqyaslı təxribat törətdi. Kreml bununla həm tərəflər arasında gərginliyi yenidən alovlandırdı, həm Zəngəzur məsələsində Ermənistanın inadını qırdı, həm də başda Ankara olmaqla regionda marağı olan bütün qüvvələrə regionda söz sahibi olduğunu göstərdi. Bütün bu prosesi rəsmi Bakının maraqları eyforiyasında etməsi də bir başqa maraqlı nüansdır.

Rusiya Zəngəzur dəhlizinin türk dünyası üçün nə dərəcədə əhəmiyyətli bir yerə sahib olduğunu yaxşı anlayır. Belə olmasaydı, bir əsr öncə həmin ərazini qanunsuz şəkildə Ermənistana verməzdi. Kreml bu yolla türk dünyasını iki hissəyə böldü, daha sonra da tədricən ilhaq etdi. Prisnip etibarilə, Rusiyanın bu gün etmək istədiyi bu olmasa da türk dünyasının güclənməsini də istəmir.
 
Kreml anlayır ki, türk dünyası güclənsə, həm regionda ona qarşı alternativ güc olacaq, həm daxilindəki türk subyektlərinin müstəqillik arzuları artacaq, həm də "KTMT” "Avrasiya Gömrük İttifaqı” kimi türk ölkələrinin də üzv olduğu təşkilatlar tədricən sıradan çıxacaq. 
 
Ankara diqqətini Qafqaza çevirməlidir!

İndiki halda Ankara Zəngəzur dəhlizi ilə bağlı prosesə daha çox diqqət ayırmalıdır. Kremlin dəhlizə birbaşa nəzarət etməsinə yol vermək olmaz. Yol vermək olmaz ki, Kreml bu gün Laçın dəhlizində etdiklərini gələcəkdə Zəngəzur dəhlizində də etsin. Yəni gələcəkdə Bakı və Ankara Kremllə ehtimal olunan bir gərginlik yaşasa, Zəngəzur dəhlizi ciddi təzyiq vasitəsinə çevrilə bilər. Misal üçün, 4 il sonra Rusiya sülhməramlıları Qarabağdan çıxmasını istəsək və Kreml bununla razı olmasa yaranacaq gərginlikdə Rusiya ilk olaraq Zəngəzur dəhlizini qapayacaq və beləcə həm Türkiyə, həm də Azərbaycan ziyan görəcək. Nəticə etiabrilə Ankara və Bakı bu məsələdə səylərini artırmalı, prosesdə Kremllə bərabər statusa sahib olmalıdır. Yəni Zəngəzur dəhlizi açılarkən dəhlizin gələcəkdə təzyiq vasitəsi kimi istifadə edilməməsinə dair Rusiya öhdəlik götürməlidir. Buna nail olsaq, həm Azərbaycan, həm də Türkiyə mühüm diplomatik qələbə qazana bilər.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...