“Müəllimlərin islahatlara uyğunlaşması ilə bağlı əsas işlərimizdən biri metodik xidmətin yenidən təşkilidir”

“Müəllimlərin islahatlara uyğunlaşması ilə bağlı əsas işlərimizdən biri metodik xidmətin yenidən təşkilidir”
Əkinçinin növbəti qonağı Təhsil İnstitutunun direktoru Rüfət Əzizovla Azərbaycanda təhsil sahəsində aparılan islahatlar haqqında danışmışıq.

Azərbaycan Respublikasının Təhsil İnstitutu təhsil sahəsində fasiləsiz fundamental və tətbiqi tədqiqatlar həyata keçirən, təhsilin bütün pillələri üçün məzmun hazırlayan, təhsil sistemində tədris-metodiki ehtiyacların müəyyənləşdirilməsi və ödənilməsi sahəsini, təhsil innovasiyalarının tədqiqi, yaradılması və tətbiqi ilə bağlı nəzəri, praktiki məsələləri araşdıran elmi-tədqiqat müəssisəsidir.

Rüfət Əzizov deyir ki, islahatlar özü ilə sözsüz ki, bir xeyli dəyişikliklər gətirir və müəllimlərin bu dəyişikliyə uyğunlaşmasının vaxt tələb etməsi başa düşüləndir. Onun sözlərinə görə, bu prosesi daha da asanlaşdırmaq və tezləşdirmək məqsədilə müəllimlər və valideynlər üçün xüsusi bələdçi dərsliklər hazırlanıb.

Qonağımız sonda islahatların uğurlu nəticələri haqqında məlumat verdi, bunlara məktəbəqədər hazırlıq kurslarına və ali məktəblərə əl çatımlılığın artması, məktəblərin reytinqinin yüksəlməsi və s. aiddir. Təhsil İnstitutunun direktoru ümid edir ki, bütün bunlar hələ ki, başlanğıcdır və gələcəkdə islahatlar sayəsində təhsil sahəsində daha da uğurlu nəticələr əldə etmək mümkün olacaq.
 

(akinchi.org)

OXŞAR XƏBƏRLƏR