Daha bir müəllim koronavirusun qurbanı oldu - FOTO

23:09 / 28.10.2021
3377
Şəmkir rayonunda müəllim COVİD-19 virusundan dünyasını dəyişib.
Sfera.az-ın əldə etdiyi məlumata görə, Şəmkir rayon Cahangir Rüstəmov adına orta məktəbin rus dilli müəlliməsi Hüseynova İrina Bəşir qızı COVİD-19 virusundan dünyasını dəyişib.
O, bir müddət öncə bu virusa tutulub. Müalicə olunsa da həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İ.Hüseynova Şəmkir rayonunda tanınmış müəllimlərdən biri olub.

Sfera.az
Sami Süleymanlı