“Xal-xal” və "999" kafeləri cərimələnib - TAM SİYAHI

“Xal-xal” və
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Sfera.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində aprelin 7-də ölkə üzrə 413 ictimai iaşə obyektində 694 monitorinq keçirilib.

Monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 2943 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elmar Əkbər oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 26 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Turqut Elşən oğluna məxsus "Dürmək” kafesi;

3. Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 20, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Fidana məxsus kafe;

4. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi ünvanında yerləşən, fiziki şəxs Yusifov Əşrəf Əkrəm oğluna məxsus kafe;

5. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 286K ünvanında yerləşən, fiziki şəxs Mikayılov Anar Fayiq oğluna məxsus restoran;

6. Bakı şəhəri, Yasamal ‎rayonu, Ə. Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən, Allahverdi Teymur Tofiq oğluna məxsus "Meat Garden” restoranı;

7. Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, ev 3-ün yaxınlığında yerləşən, fiziki şəxs Məmmədov Elvin Möhübbət oğluna məxsus dönərxana;

8. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, general Səməd bəy Mehmandarov küçəsi, ev 86 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Anar Gülağa oğluna məxsus kafe;

9. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 34 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Vüsal Saleh oğluna məxsus "Xal-xal” kafesi;

10. Bakı şəhəri, Nərimanov rayonu, V. Çəmənzəmənli küçəsi, ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus "Okean” restoranı;

11. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 15m ünvanında yerləşən, hüquqi şəxs "Katsu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

12. Bakı şəhəri, Qaradağ ‎rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Haqverdiyev Seymur Nizami oğluna məxsus çay evi;

13. Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən, fiziki ‎şəxs Nəsirov Cavid Məmməd oğluna məxsus kafe;

14. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Səməd Xaqani oğluna məxsus pivəxana;

15. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Rüstəmxanlı Bəhruz Dilavər oğluna məxsus kafe;

16. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Orucov Taleh Yusif oğluna məxsus "Kosta Kafe & Bar" kafesi;

17. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Bəhruz Səməd oğluna məxsus "999" kafesi;

18. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Mehdiyev Nurlan Canpolad oğluna məxsus "Milli burger" kafesi;

19. Ağstafa rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Qasımov Yaşar Vaqif oğluna məxsus kafe;

20. Salyan rayonu, Şorsulu kəndində yerləşən, fiziki şəxs Ağayev Qorxmaz Vilayət oğluna məxsus çay evi;

21. Göygöl rayonu, Çaykənd kəndində yerləşən, fiziki şəxs İsmayılov Təbriz İlqar oğluna məxsus restoran;

22. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Bəxtiyar Mirzə oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

OXŞAR XƏBƏRLƏR

ABB-nin iştirakı ilə 31 000-dən çox ağac əkilir

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi ağacəkmə aksiyasında iştirak edib.  Aksiya Azərbaycan Respublikas...

"Əfqanıstanda destruktiv cəhdlərin qarşısı alınmalıdır" - Əli Nağıyev

"Əfqanıstanda vəziyyətin gərgin qalmasında maraqlı olan pozucu qüvvələrin və terror qruplaşmalarının destruktiv cəhdlərinin qarşısının alınmalıdır". ...

100 milyonluq təklifi rədd etdi: Planı var

"Bayern"in vingeri Leroy Sane Səudiyyə Ərəbistanından gələn cəlbedici təklifi rədd edib.   Sfera.az xəbər verir ki, bu barədə "Sk...

"Azərbaycan Əfqanıstanda sabitliyi və təhlükəsizliyi dəstəkləyir" - DTX rəisi

Azərbaycan hər zaman Əfqanıstanda daxili siyasi sabitliyin və təhlükəsizliyin təmin olunması üçün irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyib.   ...

Xərçəng xəstəliyinin yen müalicə üsulu KƏŞF OLUNDU

Birləşmiş Ştatların Detroyt şəhərindəki “Corewell Health” tibb mərkəzinin mütəxəssisləri tərəfindən yeni xərçəng müalicəsi üsulu uğurla istifadə edi...

Sökülən evlərə görə təzminat belə hesablanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı binanın sökülməsi nəzərdə tutulur. Bundan başqa, ayrı...