Ərdoğan İlon Maskla telefonla danışdı

Dünya
23:30 / 27.01.2021
2482
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın "SpaceX” şirkətinin rəhbəri İlon Mask arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə "Anadolu” informasiya agentliyi məlumat yayıb.
"Telefon danışığı zamanı müxtəlif sahələrdə, o cümlədən kosmik texnologiyalar sahəsində Türkiyənin dövlət qurumları və özəl sektorunu təmsil edən şirkətlərlə "SpaceX” arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, cari ilin yanvar ayının 8-də "SpaceX” öz daşıyıcı raketi Falkon 9 vasitəsilə Türkiyənin Türksat 5A rabitə peykini orbitə çıxarıb.