Bu gün yəhudilərin soyqırımı günüdür

Bu gün yəhudilərin soyqırımı günüdür
Bu gün Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.

Sfera.az xəbər verir ki, 1945-ci il yanvarın 27-də sovet ordusunun Birinci Ukrayna cəbhəsi Osventsim-Birkenau ölüm düşərgəsinə ərazisinə daxil olub. Ölüm düşərgəsinin darvazalarını Lvov atıcı diviziyasının komandiri mayor Anatoli Şapiro açıb.

Bu düşərgədə 1,1 mln insan saxlanılıb. Onların təxminən bir milyonu yəhudi olub.

BMT Baş Assambleyası tərəfindən 2005-ci ildə Anım Günü təsis edilib. Koronavirusa görə bu il xatirə mərasimləri əsasən onlayn rejimdə keçiriləcək.

Holokost (yunanca: holokauston), "holos” (bütün) və "kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən əmələ gəlib və "tamamilə yanmış”, "yanıb kül olmuş” anlamını verir. Yəhudi soyqırımı, yaxud "Ha-Shoa” (ivritcə - fəlakət) Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Qeyd edək ki, Holokost qurbanlarının Beynəlxalq Anım Günü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videomesajla çıxış edib, Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanat verib. Dövlət başçısı çıxışında nifrət nitqləri ilə mübarizənin sadəcə məğdurların deyil, bəşəriyyət olaraq hər kəsin birgə vəzifəsi olduğunu vurğulayıb: "Bu, sadəcə əxlaqi davranış deyil, BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" Konvensiyasına əsasən də öhdəlikdir. Beynəlxalq təşkilatlar, hökumətlər, mətbuat, siyasətçilər, vətəndaş cəmiyyəti, dini qruplar və nüfuzlu şəxslərin hər biri bu çərçivədə məsuliyyət daşımalıdır".

OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...