Türkiyəyə güclü qar yağdı, kəndlərlə əlaqə kəsildi

Dünya
00:30 / 19.01.2021
5215
Türkiyəyə yağan güclü qar bölgələrdə ciddi fəsadlar törədib.
Sfera.az xəbər verir ki, ölkənin qərb əyalətlərində qarın yağması səbəbindən 1344 kəndlə nəqliyyat əlaqəsi kəsilib.
Ağrı vilayətində qarın hündürlüyü 30 santimetrə çatıb. Yolların qardan təmizlənməsi üçün bütün imkanlar səfərbər olunub. Çoxlu sayda buldozer və traktor yolların təmizlənməsinə cəlb edilib.
Yolların buz bağlaması və havanın qatı dumanlı olması nəqliyyatın hərəkətini çətinləşdirib.