ABŞ Somalidən qoşunlarını çıxardı

Dünya
13:15 / 18.01.2021
1894
ABŞ hərbi kontingentinin Somalidən çıxarılması prosesi tam başa çatıb.
Sfera.az-ın məlumatına görə, bu ölkədə qalan 700-dək hərbçi Cibuti və Keniyadakı bazalara köçürülüb.
Ötən il dekabrın 4-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp qoşunların Somalidən yanvarın ortalarınadək çıxarılması barədə sərəncam vermişdi.
Hazırda ABŞ-ın Afrika ölkələrində 6 min hərbçisi xidmət edir.