Ermənistan parlamenti üçtərəfli bəyanata etiraz etmədi

Dünya
12:52 / 18.01.2021
1639
Ermənistan parlamentinin deputatları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatının hüquqiliyinin müzakirəsi barədə məsələni iclasın gündəliyinə salmaqdan imtina edib.
Sfera.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, müxalif "Çiçəklənən Ermənistan" partiyasının irəli sürdüyü təklif səs çoxluğu ilə rədd edilib.
Qeyd olunur ki, bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verib.