Dünyada COVID-19-a yoluxanların sayı 95 milyonu ötdü

Dünya
21:57 / 17.01.2021
6642
Dünyada yeni növ koronavirus ("COVID-19”) infeksiyasına yoluxanların sayı 95 milyonu ötüb. Sfera.az bildirir ki, bu barədə "worldometers.info”da məlumat verilib.
Belə ki, indiyədək 95 052 597 nəfər koronavirusa yoluxub, 2 032 861 nəfər bu virusdan dünyasını dəyişib, 67 881 338 nəfər sağalıb.
Hazırda dünyada 25 138 398 aktiv koronavirus xəstəsi var ki, onlardan da 113 440-nun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib.