Ruslar Putinə nə yazır – Peskov açıqladı

20:40 / 29.12.2020
2895
Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqə formatına həm dövlət başçısı, həm də ona yazan rusiyalılar tərəfindən tələb çoxdur.
Sfera.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Formata tələb çoxdur. Hər şeydən əvvəl, prezidentin özü üçün lazımdır, məlumatları birbaşa vətəndaşlardan alır. Bu formata insanlar tərəfindən də tələb çoxdur. Onlar prezidentə hər şeydən yazır. Hətta rayonun rəhbərliyinə aid olan məsələri də prezidentə yazırlar”, - Peskov bildirib. (Axar.az)