Azərbaycanlılara işgəncə verən erməni əsir Bakıda HƏBS OLUNDU

17:43 / 22.12.2020
3581
Azərbaycanlı əsirlərə işgəncə verən Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib.
Sfera.az-ın verdiyi xəbərə görə, onun barəsində Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılıb.
Hakimin qərarı ilə Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinən L.Mkrtyçyan barəsində həbs qətimkan tədbiri seçilib.