“Sumqayıt” “Neftçi”yə, “Qarabağ” “Keşlə”yə qarşı

“Sumqayıt” “Neftçi”yə, “Qarabağ” “Keşlə”yə qarşı
 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulacaq. "Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə iki görüş baş tutacaq.

Öncə "Sumqayıt" doğma meydanda "Neftçi" ilə üz-üzə gələcək. 

Turun qapanış matçında isə son çempion "Qarabağ" bu mövsümə yaxşı start verən "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirəcək.

İlk oyun günündə "Qəbələ” doğma meydanda "Sabah”a 2:1 hesabıyla qalib gəlibsə, "Zirə” – "Səbail” matçında qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası

VIII tur

1 noyabr

"Sumqayıt" - "Neftçi"

Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev.

"Sumqayıt Arena", 14:00.

"Qarabağ" - "Keşlə"

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Nicat İsmayıllı.

"Azersun Arena", 16:00.

OXŞAR XƏBƏRLƏR