Azərbaycan millisinin Kiprlə oyun üçün “23-lüy”ü açıqlanıb

İdman
15:19 / 13.10.2020
1493
Azərbaycan millisinin Kiprlə matçının sifariş vərəqi açıqlanıb.
Sfera.az xəbər verir ki, baş məşqçi Canni de Byazi Millətlər Liqasının IV turunun səfər oyunu üçün "23-lüy”ü müəyyənləşdirib.
İtaliyalı mütəxəssisin sərəncamında olan 25 futbolçudan ikisi heyətdən kənarda qalıb. Bunlar cəzalı Bədavi Hüseynov və zədəli Maksim Medvedevdir. Onların yoxluğunda 5 nömrəli formanı Şəhriyar Əliyev, 15-i isə Namiq Ələsgərov götürüb.
Qeyd edək ki, Albaniyada keçiriləcək Azərbaycan – Kipr oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.