"Fənərbaxça" Sanqareni transfer etdi

İdman
11:20 / 21.09.2020
1990
"Fənərbaxça" növbəti transferini reallaşdırıb.
Sfera.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Antalyaspor"un sağ cinah müdafiəçisi Nazim Sanqareni transfer edib. Türkiyə millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.
"Sarı-lacıvərdlilər" bu keçid üçün 1,75 milyon avro təzminat ödəyib. "Fənərbaxça" qarşı tərəfə oyunçu verəcək və növbəti satışdan "Antalyaspor"a pay düşəcək.
Nazim 2017-ci ildə Almaniyanın "Osnabrük" klubundan "Antalyaspor"a keçib. 26 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 24 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.