“Dağlıq Qarabağda günahsız insan ölümlərinin qarşısının alınması üçün beynəlxalq hüquq tətbiq edilməlidir” — Almaniyalı deputatlar

“Dağlıq Qarabağda günahsız insan ölümlərinin qarşısının alınması üçün beynəlxalq hüquq tətbiq edilməlidir” — Almaniyalı deputatlar
Karin Ştrenz: "Dağlıq Qarabağda günahsız insan ölümlərinin qarşısının alınması üçün beynəlxalq hüquq tətbiq edilməlidir”
Almaniya parlamentinin deputatı və Almaniya-Cənubi Qafqaz parlament işçi qrupunun rəhbəri Karin Ştrenz, millət vəkili və qrupun həmsədri Yohannes Kahrs Daqlıq Qarabağ regionunda yaranmış və son günlər ən yüksək şiddət dərəcəsinə çatmış silahlı toqquşmalarla bağlı açıqlama veriblər. Açıqlamada bildirilir ki, hadisələrin hərbi qarşıdurma müstəvisində inkişafı qısa müddət ərzində sonlandırılmalıdır.  Bu münaqişənin səbəb olduğu hər bir silahlı atışma, hər bir yaralanma və insan ölümünə yol verilməməlidir.
Almaniya Federativ Respublikası bu il Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edir. Deputatlar ATƏT və ona aid Minsk qrupu çərçivəsində lüzumsuz insan ölümlərinin qarşısını almaq üçün danışıqların davam etdirilməsini tələb edirlər. Almaniya Federativ Respublikası bu il münaqişə regionunda dramatik vəziyyətin yumşaldılması və aradan qaldırılması üçün öz məqsədyönlü tövhəsini vermək üçün böyük şansa malikdir. Baş vermiş son dağıdıcı döyüşlər bunun mütləq lazım olduğunu göstərdi.
BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələr (822, 853, 874 və 884 saylı) beynəlxalq hüquq normalarının pozulmasının başa çatıdırlmalı olduğunu əks etdirir.
Karin Ştrenz: "Hazırki vəziyyət beynəlxalq hüququn tələblərinə uyğun deyil və kəskin şəkildə pislənir. Parlament işçi qrupu Cənubi Qafqaz regionunda zorakılığın bitirilməsi üçün bu qətnamələrin icrasını dəstəkləyir. Danışıqlar masasına qayıtmaq üçün tam atəşkəsin təmin edilməsi lazımi şərtdir".
Azərbaycan tərəfinin atəşi birtərəfli qaydada dayandırması bəyanatını müsbət qiymətləndirir və ümid edirik ki, bu, mövcud vəziyyətdə gərginliyin azaldılmasına gətirəcəkdir. Atəşkəs rejiminə hər iki tərəfdən ciddi əməl edilməlidir.
Yohannes Kahrs: "Əsas məqsəd bu "dondurulmuş münaqişə" atəşkəs bərpa edildikdən sonra öz dayanıqlı həllini tapsın və Almaniya Xarici İşlər Nazirliyi və xarici işlər naziri Frank-Valter Staynmayer bunun üçün lazımi təşəbbüsü öz üzərinə götürsün". 
Almaniya parlamentində Almaniya-Cənubi Qafqaz parlament işçi qrupu dayanıqlı sülh danışıqları üçün həm münaqişə tərəflərinin nümayəndələri ilə, həm də beynəlxalq vasitəçilər ilə danışıqların davam etdirilməsinin tərəfdarıdır. "Müvafiq parlamentlər ilə əməkdaşlığın davam etdirilməsi ilə yanaşı Dağlıq Qarabağdakı vəziyyət parlament iş qrupu üçün xüsusi əsas mövzunu təşkil edir. "Biz sülh münasibətlərinin formalaşması prosesinin sürətləndirilməsi üçün öz səylərimizi göstəririk. Bu şübhəsiz müstəsna çətinlikəri əhatə edir. Qəbuledilməz vəziyyətin aradan qaldırılması üçün yolların tapılması ATƏT-ə sədrliyimiz dövründə bizim mənəvi borcumuzdur." deyə Ştrenz və Kahrs fikirlərini yekunlaşdırmışlar.

OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...