Əfvə düşmüşdü, yenidən həbs edildi

Əfvə düşmüşdü, yenidən həbs edildi

Bakıda keçmiş həyat yoldaşlarına külli miqdarda aliment borcu yaranan 2 kişi həbs edilib.

 

Sfera.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Salyan rayon Sarvan kənd sakini 1988-ci il təvəllüdlü A.Ağayevə 1 il 8 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 306-cı maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə təqsirli bilinib.

 

Qeyd edilib ki, A.Ağayev boşandığı həyat yoldaşına 3 uşağa görə aylıq alimenti uzun müddət ödəməyib və 38 139 manat borcu yaranıb. Əvvəllər qəsdən sağlamlığa ağır zərərvurma (126.1-ci maddə) əməlinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və 2019-cu ildə Əfv Sərəncamının təsir dairəsinə düşmüş şəxs məhkəmə zalındaca həbs edilib.

 

Oxşar hökm Binəqədi Rayon Məhkəməsi tərəfindən də çıxarılıb. Belə ki, məhkəmənin bir neçə gün əvvəl çıxardığı hökmlə Şamaxı rayon sakini 1879-cu il təvəllüdlü T.Əliyev 306-cı maddə üzrə təqsirli bilinərək 1 il müddətə həbs edilib. Onun keçmiş həyat yoldaşına 18 912 manat aliment borcunun yığıldığı və qarşı tərəfə uzun müddətdir ödəniş etmədiyi bildirilib. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş 46 yaşlı kişi məhkəmə zalındaca qandallanıb.


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...