Fransada “Qurani-Kərim”i yandıran şəxs saxlanıldı

Fransada “Qurani-Kərim”i yandıran şəxs saxlanıldı

Fransanın Rona bölgəsinə daxil olan Villeurbanne şəhərində yerləşən Errahma məscidində “Qurani-Kərim”in yandıran şəxs saxlanılıb.

 

Sfera.az “En Son Haber”ə istinadən xəbər verir ki, hadisə 2 iyun tarixində səhər namazından təxminən 20 dəqiqə əvvəl baş verib.

 

Naməlum şəxs məscidə daxil olaraq “Qurani-Kərim”i yandırıb və onun qalıqlarını məscidin giriş qapısının önünə ataraq hadisə yerindən uzaqlaşıb.


Fransa mətbuatının yaydığı məlumata görə, şübhəli şəxs daha sonra Lyon şəhəri yaxınlığında saxlanılıb və hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.


Lyon Prokurorluğu tərəfindən yayılan açıqlamada saxlanılan şəxsin psixoloji cəhətdən “həssas və qeyri-sabit vəziyyətdə” olduğu bildirilib.


İslamofobiya xarakteri daşıyan bu hadisə ictimaiyyət tərəfindən kəskin reaksiya ilə qarşılanıb və müxtəlif dairələr tərəfindən qınanılıb. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...