II Dünya müharibəsinə aid bombalar tapıldı: Fövqəladə vəziyyət elan edildi - FOTOLAR

II Dünya müharibəsinə aid bombalar tapıldı: Fövqəladə vəziyyət elan edildi - FOTOLAR

Almaniyanın Köln şəhərində aparılan tikinti işləri zamanı II Dünya müharibəsindən qalmış üç partlamamış bomba aşkarlanıb. Hadisə səbəbilə şəhərdə fövqəladə vəziyyət elan edilib və 20 mindən çox insanın genişmiqyaslı təxliyə əməliyyatına start verilib.


Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Ren çayı sahilində yerləşən Deutz gəmiqayırma zavodu yaxınlığında aşkar edilən bombalardan ikisinin 20 ton, birinin isə 10 ton ağırlığında olduğu bildirilir.

 

Rəsmilər məlumat veriblər ki, bombalar ABŞ istehsalıdır və sərt səthə toxunduqda partlama təhlükəsi daşıyan xüsusi fitillərlə təchiz olunub.


Təhlükəsizlik məqsədilə şəhərin əsas nəqliyyat infrastrukturu, Ren çayı üzərindəki üç körpü, Kölnün əsas dəmiryolu stansiyası, bir xəstəxana, orkestra zalı, muzey, iki qocalar evi, bələdiyyə binası, çoxsaylı uşaq bağçaları və bəzi ictimai binalar müvəqqəti bağlanıb. RTL televiziya kanalı da binasını boşaldaraq yayımını Berlinə köçürüb.


Polis qüvvələri səhər saatlarından etibarən evləri qapı-qapı gəzərək sakinləri təxliyə ilə bağlı məlumatlandırıb. Rəsmilərin açıqlamasına görə, könüllü şəkildə ərazini tərk etməyən şəxslər məcburi şəkildə uzaqlaşdırılacaq.


Alman komediyaçı Tedros Teklebrhanın “Lanxess Arenada” planlaşdırılan tamaşası bazar gününə təxirə salınıb. Şəhər rəhbərliyi bildirib ki, təxliyə olunan şəxslər üçün təhlükəsiz zonalarda yerləşən idman zalları, kilsələr və xüsusi çadırlar ərzaq, içki və digər yardımlarla təmin ediləcək.


Mütəxəssislər bombaların zərərsizləşdirilməsi əməliyyatına yalnız bütün ərazinin tam təxliyəsindən sonra başlaya biləcəklərini vurğulayıblar.


Xatırladaq ki, Köln şəhəri II Dünya müharibəsi dövründə 262 hava hücumuna məruz qalıb. Aşkarlanan bombaların konkret hansı tarixdə atıldığı isə hələlik məlum deyil.


Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Beyləqanda bazar YANIR

Beyləqan şəhərində bazar ərazisində yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.   Bildirilib ki, hadisə ilə b...

Azərbaycanda radiasiya müşahidə olunub? - Nazirliklər birgə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, “İzotop” xüsusi kombinatı və Mülki müdafiə qoşunlar...

Daha bir təhlükəli “TikTok” tendensiyası: Problem gözlənilmədən gəldi

Sosial medianın gənclərə təsiri ilə bağlı narahatlıqlar artır, xüsusən də söhbət yeddi yaşından kiçik qızlara yönəlmiş dəriyə qulluq məzmunundan gedir.  ...

Ayaqları tərsinə olduğu üçün "Dəvə Qız" adlandırıldı - FOTO

Tarixin ən gözəl məxluqu olaraq xarakterizə edilən Ella Harper ayaqları alt-üst doğulduğu üçün "Dəvə Qız" kimi də tanınır. Bu deformasiyaya görə sirkd...

Heç kəsi öldürməməsinə rəğmən Avropanın ən təhlükəli serialı qatili

İsveçdə bir şəhərdə yaşayan Sture Bergwall (Berqvol) törətmədiyi 39 qətli etiraf edib. Psixi cəhətdən qeyri-sabit adam İsveç tarixində ədalət anlayışını da...

Bakıdan Naxçıvana uçan təyyarə GERİ QAYITDI

Bu gün gecə saatlarında Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarə uçuş nöqtəsinə çatmadan geri qayıdıb.   Sfera.az xəbər verir ki, bu barədə ...