"Lion" türkiyəli futbolçunu transfer etdi

İdman
22:15 / 23.07.2020
2419
"Lion" Türkiyənin "Altay" klubunun müdafiəçisi Cenk Özkaçarı transfer edib.
Sfera.az xəbər verir ki, "aslanlar" bu keçid üçün 1-ci liqada mübarizə aparan kluba 2 milyon avro təzminat ödəyib. 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fransa klubu Türkiyənin U-21 millisinin üzvünü icarəyə verməyi planlaşdırır. Cenk ötən mövsüm 16 oyun keçirib.